EN

ÜST-nin beynəlxalq ekspertləri ilə görüş

BAYRADAR MEDİA – Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisinin qızılca və məxmərək xəstəliklərinin aradan qaldırılması üzrə ekspert qrupunun Azərbaycana missiya səfəri olub.Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən daxil olub.Xəbərdə qeyd olunur ki, “missiyanın əsas məqsədi ötən il Azərbaycanda qızılca hadisələri ilə bağlı xəstəliyin alovlanmasının qarşısının alınması sahəsində görülən işlərin qiymətləndirilməsidir. Səfər çərçivəsində beynəlxalq ekspertlər tərəfindən epidemioloji nəzarətə dair monitorinq və xarici qiymətləndirmə işləri həyata keçirilib. Missiyanın yekununda qızılca alovlanmasına qarşı ölkədə aparılan cavab tədbirləri, laborator imkanların qiymətləndirilməsi, Azərbaycanda qızılca və məxmərək xəstəliklərinin aradan qaldırılma statusunun qorunub saxlanmasına dair fəaliyyətlərin planlaşdırılması məqsədilə SN-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) struktur rəhbərlərinin və beynəlxalq ekspertlərin iştirakı ilə görüş təşkil olunub. Görüşdə çıxış edən missiya nümayəndələri qızılca və məxmərək xəstəliklərinin aradan qaldırılmasının ÜST-nin Avropa Regional Bürosunun qarşısında duran prioritet məsələlərdən biri olduğunu vurğulayıblar”.Daha sonra xəbərdə deyilir ki, “tədbirdə çıxış edən Nazirliyin İctimai səhiyyə və xəstəliklərə nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova qeyd edib ki, ÜST tərəfindən 2015-ci ildən etibarən Azərbaycanda rəsmi olaraq qızılca və məxmərək xəstəliklərinin aradan qaldırılması (ölkə ərazisində endemik halların qeydə alınmaması) elan edilib. Bildirilib ki, həmsərhəd ölkələrdən 2023-cü ilin aprel ayından başlayaraq gətirilmə qızılca hadisələri ilə əlaqəli olaraq, əhali arasında xəstəliyin ocaqlı yayılma halları qeydə alınıb. SN-nin şöbə müdiri hazırda Azərbaycanda qızılca və məxmərək xəstəlikləri üzərində epidemioloji vəziyyətin tam nəzarət altında olduğunu diqqətə çatdırıb. Nazirlik tərəfindən UNICEF xətti ilə ölkəyə ÜST-nin prekvalifikasiyasından keçmiş vaksin preparatları gətirilib və əhali arasında vaksinasiya kampaniyası aparılmaqdadır. Həyata keçirilən əks-epidemik və profilaktik tədbirlər nəticəsində qızılca hadisələrinin sayı minimuma çatıb və hazırda epidemioloji sabitlik əldə edilib”.Sonda missiya nümayəndələri Azərbaycanda qızılca alovlanmasına dair görülən işləri yüksək dəyərləndirib.

Chosen
41
10
bayraqdar.info

10Sources