EN

Bakıda yanan avtomobillər belə söndürüldü - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yol ötürücüsü üzərində yol-nəqliyyat qəzası nəticəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

FHN-dən "Unikal"a verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Toyota" markalı minik avtomobili ilə “Azsamand” markalı minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində avtomobildə baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
20
50
unikal.az

10Sources