EN

Terminallar vasitəsilə kredit ödənişlərinə komissiya tətbiq edilir? - AÇIQLAMA

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, bu aydan MilliÖn və E-manat terminalları ilə kredit ödənişlərinə 1% komissiya tətbiq edilir.

Milli.Az xəbər verir ki, Trend-in  sorğusuna cavab olaraq E-manat şirkətindən bildiriblər ki, şirkət müştəriyə 1% komissiya tətbiq etmir.

"Bu komissiyalar banklar tərəfindən tətbiq edilir. Komissiya standart olaraq 1% deyil, fərqli ola bilər. Bu məlumatlar terminalın interfeysində (terminalın birinci səhifəsində) yer alıb. Orada da bank komissiyasının məbləği göstərilir. E-manat müştərinin kredit ödənişinə birbaşa olaraq hər hansı komissiya tətbiq etmir", - şirkətdən bildiriblər.

MilliÖn-dən isə agentliyə bildirilib ki, şirkət müştəriyə komissiya tətbiq etmir.

"Komissiya banklar tərəfindən tətbiq edilir", - deyə şirkətdən məlumat verilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun


 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
12
milli.az

10Sources