Azərbaycan I Liqasında 2-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma keçirilib. "Qəbələ" səfərdə "Qaradağ Lökbatan"ı 5 cavabsız qolla məğlub edib. "Baku Sportq" - MOİK oyununda hesab açılmayıb. "Difai" isə dogma meydanda "İmişli"yə 4:0 hesabı ilə məğlub olub. I Liqa II tur 19 sentyabr "Qaradağ Lökbatan" – "Qəbələ" - 0:5 Qollar: Domi Masumo, 12, Fərid Nadirov, 16-avtoqol, Domi Masumo, 38, Eşqin Əhmədov, 47, Abdullahi Şuaybu, 51 Hakimlər: Səbuhi Bayramov, Asiman Əzizli, Tərlan Talıbzadə, Sənan Bayramzadə Lökbatan OİK stadionu "Baku Sportinq" – MOİK - 0:0 Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Orxan İbişov, Nazim Abdullayev "Baku Sportinq Arena" "Difai" – "İmişli" - 0:4 Qollar: İdris İnqilablı, 12, 58, Kamil Hüseynov, 17, Bahadur Həziyev, 90 Hakimlər: Vüqar Həsənli, Sənan Atayev, Nurlan Əhmədzadə, Rəsul Babayev Şamaxı OİK stadionu