2024-cü ilin aprel ayında Naxçıvan MR-nın səhiyyə naziri Samiq Sadıxov tərəfindən işə qəbul edilmiş Kəngərli rayon Mərkəzi Xəstəxanasının baş mühasibi Vüsal Həsənov sınaq müddəti bitməmiş 84.000 manat məbləği mənimsəyib.Gununsesi.info-ya bu barədə məlumatlı mənbədən informasiya daxil olub.Qeyd olunur ki, mənimsəmə faktı Hesablama Palatasının sözügedən qurumda apardığı təftiş zamanı ortaya çıxıb.Mənbə bildirir ki, hazırda bu barədə Kəngərli rayon prokurorluğunda araşdırma aparılır.