Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Azərbaycan-Yaponiya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Masahiro İmai ilə görüşüb.
Bu barədə Sfera.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycan və Yaponiya arasında ikitərəfli əməkdaşlıq perspektivləri, birgə fəaliyyət imkanları və növbəti Hökumətlərarası Komissiyanın iclasına hazırlıq məsələləri müzakirə olunub.