EN

Dam örtükləri istehsalı zavodu işə salınıb

Sentyabrın 18-də Azərbaycan prezidenti İlham Əliyev Ağdam Sənaye Parkının rezidenti olan “Prof-Dam” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dam örtükləri istehsalı zavodunun açılışında iştirak edib.

Bildirilib ki, layihə çərçivəsində dam və fasad örtülməsi üçün nəzərdə tutulmuş profilli təbəqələrin, metalkirəmit plitələrin, sendviç panellərin və müxtəlif dam örtüyü aksesuarlarının istehsalı təşkil ediləcək.

Qeyd olunub ki, “Prof-Dam” MMC 2022-ci ilin aprelində Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. İki hektar ərazidə yaradılan müəssisədə məhsul buraxılışı İtaliya, Finlandiya, Türkiyə, Rusiya və Çin istehsalı olan soyuq metalşəkilləmə texnologiyalarının tətbiqi ilə həyata keçiriləcək.

İnvestisiya dəyəri 8,5 milyon manat olan müəssisədə 40-dək iş yeri yaradılacaq. Bu müəssisədə də işçilərin Ağdamdan və ətraf rayonlardan cəlb edilməsi nəzərdə tutulur.

Zavod ildə 1.4 milyon kvadratmetr profilli təbəqələrin, 1 milyon kvadratmetr metalkirəmit lövhələrin, 1 milyon kvadratmetr sendviç panellərin, habelə 2 min ton dam aksesuarı istehsalı gücünə malikdir. İstehsal olunan məhsulların 90 faizi yerli bazar, 10 faizi isə xarici bazar üçün nəzərdə tutulub.

Prezident İlham Əliyev zavodu işə salıb.

prof-dam dam örtükləri
Chosen
30
2
marja.az

3Sources