Müğənnilər Vəfa Şərifova və Şəbnəm Tovuzlu arasındakı qalmaqal davam edir.
OLAY yazır ki, Vəfa instaqramda paylaşdığı videoda verilişlərdə ondan danışanlara söz atıb:
“Əziz müğənnilər, verilişə məni özünüzlə aparmayın. Tək çıxın, tək”.
Şəbnəm dəfələrlə qalmaqal yaşadığı həmkarının bu sözlərinə “Qonaqcanlı”da cavab verib:
“Xeyr, canım mənim. Mənim, ya da digər sənət dostlarımızın səni yanımızda sürüməyə ehtiyacımız yoxdur. Sadəcə sən özün tutub sürünürsən. Mən də getməliyəm. Aytəkin kimi dostlarımız da sual verirlər, məcburən cavab verməliyəm”.