EN

Direktor müavini Müsavat fəalını yatdığına görə öldürüb, bədənini bölərək torbalara doldurub – İTTİHAM AKTI

Müsavat Partiyasının fəalını qətlə yetirməkdə şübhəli bilinən Elsevər İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən baxış iclasında prokuror ittiham aktını elan edib.

Məlum olub ki, Elsevər İslamov restoranda yeyib-içdikdən sonra direktor müavini kimi çalışdığı məktəbin qarşısında saxladığı avtomobilini götürməyə gəlib. Bu zaman Elsevər İslamov məktəbə daxil olub və mühafizəçi vəzifəsində çalışan Natiq Mehdinin yatdığını görüb. Mobil telefonla onun şəkillərini çəkib. Onu oyadaraq yatmasına irad bildirib. Ancaq Natiq Mehdi burada hər hansı qəbahətin olmadığını bildirib. Bundan sonra Elsevər İslamov Natiq Mehdini xüsusi amansızlıqla öldürüb, onun paltarlarını çıxararaq bədənini hissələrə bölüb, cinsiyyət orqanını kəsərək zibil yeşiyinə atıb. Hissələrə böldüyü bədən üzvlərini sellofan torbalara dolduraraq Xəzər rayonuna aparıb və orada basdırıb.

Hakimin “Cinayət hadisəsində özünüzü təqsirli bilirsinizmi” sualına, təqsirləndirilən şəxs “qismən təqsirli bilirəm”, – deyə cavab verib.

Hakim, Elsevər İslamova cinayəti sübuta yetirildiyi təqdirdə onu 11 ildən 20 ilə və yaxud ömürlük həbs cəzası gözlədiyini deyib.

Məhkəmə prosesi oktyabrın 3-dək təxirə salınıb.

Qeyd edək ki, qətl hadisəsi bu ilin may ayında, Bakının Xətai rayonu ərazisində, 55 saylı orta məktəbdə baş verib. 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparılıb.

Natiq Mehdi Məhəmməd oğlunun iş yoldaşı 1966-cı il təvəllədlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edib. Elsəvər İslamov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Natiq Mehdi (Ulubəy) Məhəmməd oğlu Müsavat partiyasının fəallarından olub.

O, son qurultaydan əvvəl partiya başqanlığına namizədliyini irəli sürüb. İsa Qəmbər namizədliyini verdikdən sonra namizədliyini geri götürüb.

Onun qətlin üstü açılandan bir neçə gün əvvəl maşını ilə itkin düşdüyü bildirilib.

Elsevər İsmayılov 55 nömrəli orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

Ona Cinayət Məcəlləsinin 120.2.4, 245, 309.2 maddələri üzrə ittiham elan olunub.

Chosen
23
3
nocomment.az

4Sources