EN

Rusiya Mali ordusuna təcili yardım göstərib

Paytaxt Bamakoda jandarm məktəbinə törədilən terror aktından sonra Rusiya Federasiyası dəstəyini təsdiqləyib və Mali Silahlı Qüvvələrinə təcili yardım göndərib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Malijet portalıyazıb.

Rusiyanın İl-76 hərbi-nəqliyyat təyyarəsi Bamakoda prezident Modibo Keyta adına beynəlxalq hava limanına enib.

Bunu portal bildirir.

Mali ordusu üçün yüklər çatdırılıb. Digər təfərrüatlar verilmir.

Portal qeyd edir ki, bu yardım Rusiya və Mali arasında hərbi əməkdaşlıq çərçivəsində həyata keçirilib və bu, təhlükəsizlik eləcə də müdafiə sahəsində ikitərəfli əlaqələrin gücləndirilməsinə kömək edir.

…Qeyd edək ki, sentyabrın 17-də səhər tezdən bir qrup terrorçu paytaxtın Fələdi rayonundakı jandarm məktəbinə girməyə cəhd edib. Partlayışlar və atışma baş verib. Daha sonra hərbçilər “vəziyyətin nəzarət altında olduğuna” əmin oldular. Hücum səbəbindən məktəbin yaxınlığında yerləşən paytaxtın Modibo Keyta Beynəlxalq Hava Limanına giriş müvəqqəti olaraq məhdudlaşdırılıb.

Əli Babayev

Chosen
26
sia.az

1Sources