EN

“Neftçi” azarkeşlərinə sözünü dedi: “Bizə qarşı çıxsalar...”

“Neftçi”də işlər qaydasında getmir.

Yay fasiləsində əcnəbi baş məşqçi Roman Qriqorçukla anlaşan, heyətinə 9 yeni futbolçu cəlb edən “ağ-qaralar” turnir cədvəlinin quyruğunda yer alıb ki, 4 xala sahib bakılılar bu göstəricidə yalnız xalsız “Kəpəz”i qabaqlayır.

Növbəti rəqib isə “Qarabağ”dır.

“Zirə”ə yenilgidən sonra Sportinfo.az-a açıqlama verən “Neftçi”nin müdafiəçisi Höccət Haqverdi azarkeşlərin narazılığı ilə bağlı sualı cavablandırarkən onları səbrli olmağa səsləyib:

“Azarkeşlərimizin narazılığını və üzgünlüyünü çox yaxşı başa düşürəm. Biz onlara gözlədikləri qələbələri verə bilmirik deyə, əsəbidirlər.

Amma bizi də başa düşsünlər. Vəziyyəti düzəltmək üçün məşqlərdə səylə çalışırıq, oyunlarda ən yaxşısını etməyə çalışırıq. Sadəcə, alınmır.

Müəyyən çatışmazlıqlar var, onları yoluna qoymağa çalışırıq. Xarakter nümayiş etdirməli, özünəinam formalaşdırmalıyıq.

Hər şey öz əlimizdədir. Və əminəm ki, vəziyyəti düzəldəcəyik. Mövsüm yeni başlayıb, qarşıda 30 oyun var. 2-3 qələbə ilə hıər şey dəyişəcək.

Yaxşı ki, qara zolaq mövsümün əvvəlinə təsadüf etdi. Çünki nəticələri yaxşılaşdırmaq üçün qarşıda çox vaxtımız var.

“Neftçi” hamımızındır. Biz də uğur qazanmaq istəyirik. Heç bir futbolçu, yaxud idmançı məğlubiyyətdən həzz ala bilməz.

Odur ki, birləşməliyik. Yalnız birlik sayəsində nəyəsə nail ola bilərik. Azarkeşlər bizə qarşı çıxsalar, heç nə edə bilməyəcəyik”.

“Neftçi” növbəti görüşünü sentyabrın 20-də “Qarabağ”a qarşı keçirəcək. “Azərsun Arena”da baş tutacaq oyun saat 20:00-da başlayacaq.

HƏBİB

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
sportinfo.az

1Sources