EN

"Qəzəb Rodriqonun daha yaxşı oynamasına kömək edirsə, elə də olsun"

"Real Madrid"in qapıçısı Tibo Kurtua mətbuatın Bellinqhem-Mbappe-Vinisius hücum üçlüyünə daha çox diqqət yetirməsinə baxmayaraq, cinah oyunçusu Rodriqonun komanda üçün əhəmiyyətini vurğulayıb.

90deqiqe.Az xəbər verir ki, "ESPN" belçikalı qolkiperin dediklərini belə çatdırıb:

“Jurnalistlər adlarla oynamağa və Cude, Vini və Mbappedən qısaltmalar yaratmağa, onları [BMW] adlandırmağa meyllidirlər. Amma komandada Rodriqonun nə qədər vacib olduğunu hamımız yaxşı bilirik. O, bu barədə narahat olmamalıdır, baxmayaraq ki, qəzəb ona daha yaxşı oynamağa kömək edirsə, belə də olsun”

Bu mövsüm Rodriqo yeddi matçda iştirak edib, bir qol vurub və iki məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
13
90deqiqe.az

1Sources