EN

"Mançester Yunayted"dən ayrılmağı düşünmədiyini etiraf etdi

"Mançester Yunayted"in yarımmüdafiəçisi Kristian Eriksen yay transfer pəncərəsində klubu dəyişmək barədə düşünmədiyini etiraf edib.

90deqiqe.Az xəbər verir ki, "Daily Mail" danimarkalı oyunçunun dediklərini belə çatdırıb:

“Mançester Yunayted"də özümü rahat hiss edirəm. Rəhbərlik komandadan getməyimi istəsəydi, nəzərdən keçirərdim, amma belə təkliflər olmadı. Mən ailəmin ev tapdığı yerdə yaşamağı və faydalı ola biləcəyim yerdə oynamağı xoşlayıram - bu həmişə mənim əsas məqsədim olaraq qalır. Mövsüm ərzində nə qədər oyun vaxtı qazanacağınızla bağlı məşqçiyə sual vermək çətindir. O, belə vədlər verməyə başlasa, mövsüm həddindən artıq gərginləşə bilər. Biz bunu müzakirə etməmişik – sadəcə, bunu qəbul etməliyik, çox çalışmaq və hər oyuna diqqət yetirməliyik. Müqaviləmin bitməsinə 1 il qalıb və mən bütün fikrimi vermək niyyətindəyəm. Gəlin görək hadisələr necə inkişaf edir”

Xatırladaq ki, Kristian Eriksen 2022-ci ilin yayında azad agent kimi "Brentford"dan “Mançester Yunayted”ə keçib. Onun "Mançester Yunayted"lə müqaviləsi 2025-ci ilin yayına qədərdir. Ötən mövsüm danimarkalı "qırmızı şeytanlar"ın heyətində bütün turnirlərdə 28 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
14
90deqiqe.az

1Sources