EN

İsrail Baş Təhlükəsizlik Xidməti (Şin Bet) İran tərəfindən ölkə rəhbərliyinə qarşı hazırlanan sui-qəsdin qarşısını alıb

İsrail Baş Təhlükəsizlik Xidməti (Şin Bet) onun direktoru Ronen Bara, həmçinin baş nazir Binyamin Netanyahuya və müdafiə naziri Yoav Qalanta qarşı sui-qəsdin qarşısını alıb.

Editor.az bildirir ki, bu barədə sentyabrın 19-da “The Jerusalem Post” yazıb. Gələcək qətlləri hazırlamaq üçün uzun müddət Türkiyədə yaşamış israilli iş adamı Moti Mkmandan istifadə ediblər.

Şin Betin məlumatına görə, o, əməliyyatda iştiraka razılıq vermək üçün əvvəlcədən 1 milyon dollar istəyib və son aylarda İranın xüsusi xidmət orqanlarının nümayəndələri ilə görüşmək və sui-qəsd planını hazırlamaq üçün bir neçə dəfə İrana səfər edib. İsrail kəşfiyyatı hesab edir ki, Mkman bəzi kəşfiyyat məlumatlarının toplandığı yerlərdə videolar çəkib və Tehrandan İsraildəki İran agentlərinə mesajlar ötürüb. İranlılar biznesmendən Avropa və ABŞ-da yaşayan ayətullahlar rejiminə qarşı çıxan iranlı fiqurları öldürmək üçün amerikalıları və rusları işə cəlb edə biləcəyini də soruşublar.
Sentyabrın 20-də Mkmana qarşı ittiham irəli sürülüb və o, saxlanılıb.

“The Jerusalem Post” qeyd edir ki, “Şin Bet” israilli iş adamının “terrorçuluq fəaliyyətində mühüm uğur qazandığına” dair heç bir sübut təqdim etməyib. Kəşfiyyat xidməti vurğulayıb ki, “xüsusən də müharibə zamanı İran ərazisində düşmən iranlılarla hər hansı əlaqə çox ciddi təhlükəsizlik cinayəti hesab olunur”.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
10
editor.az

1Sources