EN

Rauf Zeyni: "20 sentyabr Azərbaycan dövlətçiliyinin və müstəqilliyinin simvoludur"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 sentyabrı Dövlət Suverenliyi Günü kimi təsis edən sərəncamına münasibət bildirən Bakı QHT Resurs və Təlim Mərkəzinin sədri Rauf Zeyni bu günün tarixi əhəmiyyətini və dövlət müstəqilliyinin möhkəmlənməsindəki rolunu vurğulayıb.

Rauf Zeyni, QHT.az-a verdiyi özəl açıqlamada qeyd edib ki, 20 sentyabr tarixi, Azərbaycan torpaqlarının anti-terror əməliyyatı nəticəsində tam azad edildiyi və ölkənin suverenliyinin bərpa olunduğu gündür. "Prezident İlham Əliyevin bu günün Dövlət Suverenliyi Günü kimi təsis edilməsi ilə bağlı verdiyi sərəncam, həm tarixi, həm də milli baxımdan əhəmiyyətli bir addımdır. Bu günün bayram günü kimi təsis olunması çox tarixi bir hadisədir və bu günün qeyd olunması Azərbaycan dövlətçiliyi və müstəqilliyi baxımından olduqca əhəmiyyətlidir," – deyə Rauf Zeyni bildirib.

O, həmçinin qeyd edib ki, bu sərəncam, Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunduğunu və dövlət müstəqilliyinin möhkəmləndirildiyini göstərir. "Bu günün bayram kimi təsis olunması, xalqımızın dövlətçiliyə olan bağlılığını və

Vətən sevgisini nümayiş etdirir. Mən də bu münasibətlə bütün Azərbaycan ictimaiyyətini təbrik edir və dövlət başçımıza təşəkkürümü bildirirəm. Bu, bizim dövlətçilik idarəetmə mədəniyyətimizi bütün dünyaya nümayiş etdirir," – deyə o əlavə edib.

Chosen
43
1
demokrat.az

4Sources