Bakı. Trend:
Sentyabrın 19-da gənclər və idman naziri Fərid Qayıbov AvropaStolüstü Tennis Birliyinin icraçı prezidenti Pedro Migel Mouranıqəbul edib.
Trend İdman.biz-ə istinadən xəbərverir ki, qonağı salamlayan nazir ona ölkəmizdə idman sahəsindəgörülən işlər və qazanılan uğurlar barədə məlumat verib.
Görüş zamanı ölkəmizdə stolüstü tennis idman növünün inkişafıistiqamətində görülən işlər, hazırkı vəziyyəti, qarşılıqlıəməkdaşlıq imkanları və digər məsələlər müzakirə olunub.
Görüşdə nazir müavini Mariana Vasileva, eləcə də nazirliyin vəAzərbaycan Stolüstü Tennis Federasiyasının məsul şəxsləri iştirakediblər.