EN

Canan Karataydan quru öskürəyə qarşı TƏBİİ RESEPT

Üst tənəffüs yollarının qıcıqlanması ilə baş verən öskürək tutması tez-tez və şiddətli olduqda ağciyərlərdə qıcıqlanmaya səbəb ola bilər.

Ölkə.Az xəbər verir ki, bunu türkiyəli daxili xəstəliklər üzrə mütxəssis Canan Karatay deyib.

O bildirib ki, əgər öskürük tutması 3-8 həftədən çox davam edərsə, həkimə müraciət edilməlidir.

“Öskürəyim heç cür keçmir”deyirsinizsə, bilin ki, bədəninizi zəhərə məruz qoyursunuz. Ən böyük hava çirkliliyi evin içərisindədir. İstifadə etdiyimiz ağardıcılar, yumşaldıcılar və s. Bunlar təhlükəlidir”, – o deyib.

Faringit, yaz allergiyası və sinüzit kimi tənəffüs yolu infeksiyaları ilə ortaya çıxan öskürənin nə qədər davam etdiyi və buna səbəb olan faktorlar insandan insana dəyişir.

C.Karatay bu problemin həlli üçün qazlı su içməyi tövsiyə edir.

“İçdiyiniz karbonatlı su da virus və bakteriyaları öldürür. Xüsusilə qışda bu virus və bakteriyaların qarşısını almaq üçün karbonatlı su ilə qarqara edə bilərsiniz”
Boğazımızı yumşaltmaq üçün zeytun yağı istehlak edə bilərik. Bildiyiniz kimi, sənətçilər çiy yumurta da içirlər. Əslində çiy yumurta boğazdakı epiteli yumşaldır.
Sümük suyundakı kollagen çox vacibdir. Sümük suyunu limon suyu və bir az da kristal qaya duzu əlavə edərək için. İlıq içsəniz, boğazınız rahatlayar” – o həmçinin söyləyib.

Chosen
25
2
medianews.az

3Sources