EN

Antiterror zamanı şəhid olan 3 hərbçinin adı küçəyə verilib - FOTO

Antiterror tədbirləri zamanı Cəlilabad rayonundan şəhid olan qəhrəmanların adları əbədiləşdirilib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bununla bağlı Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov müvafiq sərəncam imzalayıb.

Sərəncamla Məhərrəm Hüseynov, Mirəli Təhməzov və Seymur Şabıyevin adı Cəlilabad şəhərinin mərkəzi küçələrinə verilib. Artıq şəhidlərin adını daşıyan küçələrə lövhə də vurulub.

Chosen
21
5
avtosfer.az

6Sources