İtaliyanın şimalındakı Emiliya-Romanya bölgəsində bütün Mərkəzi və Şərqi Avropada fəsadlar törətmiş "Boris" qasırğası dağıdıcı daşqınlar əmələ gətirib.
Bu barədə seher.media "Əl-Cəzirə" telekanalına istinadən xəbər verir.
Məlumata görə, daşqınlar səbəbindən 1 000-ə yaxın insan təxliyə edilib, iki nəfər isə itkin düşüb.
İtaliyada məktəblər bağlanıb və bir sıra əyalətlərdə dəmiryolu qatarlarının hərəkəti dayandırılıb.
İtaliyada güclü qasırğa: İtkin düşənlər var
İtaliyada güclü qasırğa: İtkin düşənlər var