Bakıda “iPhone 16 Pro Max” 7350 manata satılır.
NOCOMMENT.az referans.az-a istinadən xəbər verir ki, bu barədə texnobloger Fəriq Pərdəşünas məlumat yayıb.
Sitat: “Azərbaycanda qara bazara “iPhone 16 Pro Max”ı bu gün gətirib. 256GB daxili yaddaşlı versiyada qiyməti düz 7350 manat təşkil edir. Qiyməti görən Tim Kuk narahatlığını ifadə edib”.
Tim Kuk 2011-ci ildə Apple-ın baş direktorudur. Ehtimal olunur ki, Fərid Pərdəşünas Tim Kukun Bakıdakı iPhone qiymətlərindən narahatlığını zarafatla söyləyib.
Amma qeyd edilməlidir ki, “iPhone 16 Pro Max” Bakıda öz real qiymətindən 3 dəfə bahaya satılır.