EN

"Ulduzlu gecə" atmosferik hərəkətlərə mütənasibmiş

Vinsent van Qoqun "Ulduzlu gecə" əsərindəki fırça toxunuşlarının real həyatda fiziki hərəkətlərə bənzər olduğu və dünyadakı atmosferik hərəkətlərlə uyğun gəldiyi müəyyən edilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Çinin Siamen və Fransanın Lille universitetləri kimi bir çox qurum və təşkilatın birgə apardığı tədqiqatda van Qoqun bu əsərdə dünyadakı fizika qanunlarını uğurla təqlid etdiyi aşkarlanıb.

Rəsimdəki 14 spiral görüntünü incələyənlər "Ulduzlu gecə" əsərindəki fırça toxunuşlarının Kolmoqorov turbulentlik nəzəriyyəsi ilə uyğun gəldiyini və onların yerləşmələrinin, parıltı nisbətlərinin rəsmə turbulent hərəkətləri əks etdirdiyini ortaya qoyublar.

Tədqiqatçılar əsərdəki toxunuşların forma, enerji və ölçü baxımından adətən adi gözlə görünə bilməyəcək atmosferik xüsusiyyətləri təqlid etdiyini bildiriblər.

Tablonun “batchelor” miqyası ilə də uyğun gəldiyini bildirən tədqiqatçılar rəsimdəki parıltı nisbətlərinin bu miqyasla düz mütənasib olduğunu deyiblər.

Araşdırmanın müəlliflərindən biri olan Şidi Huang Vinsent van Qoqun əsərində turbulentliyi dəqiq şəkildə təsvir etməsinin sənətkarın buludlar və atmosferi araşdırmasından irəli gəldiyini qeyd edib.

Elmi tədqiqat "AİP Publishing"in "Physics of Fluids" jurnalında yayınlanıb.

Chosen
13
1
sia.az

2Sources