EN

Almaniya İsrailə silah ixracına qadağa qoyulması ilə bağlı xəbərləri təkzib edib

Almaniya hökuməti Almaniyanın İsrailə silah ixracı üçün icazələrin verilməsini dayandırması ilə bağlı daha əvvəl mətbuatda yayılan xəbərləri təkzib edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə DPA məlumat yayıb.

“İsrailə silah ixracına qadağa yoxdur və olmayacaq”, – Almaniya İqtisadiyyat Nazirliyinin nümayəndəsi agentliyə bildirib. Almaniya hökumətinin sözçüsü həmçinin bildirib ki, “Almaniyanın İsrailə silah ixracına dair heç bir boykot yoxdur”.

“Almaniya hökuməti hüquqi və siyasi tələblərə uyğun olaraq xarici və təhlükəsizlik siyasəti mülahizələrini nəzərə alaraq, hər bir konkret vəziyyətə uyğun olaraq, hər bir konkret vəziyyətə uyğun olaraq silah ixracına icazə vermək qərarına gəlir”, – deyə o vurğulayıb.

Eyni zamanda, departament nümayəndəsinin sözlərinə görə, Almaniya hökuməti beynəlxalq humanitar hüquq normalarına riayət olunmasını nəzərə alır: “Hər bir fərdi işə baxılarkən, mövcud vəziyyət həmişə nəzərə alınır, o cümlədən “Həmas” və “Hizbullah”ın İsrailə hücumları, eləcə də Qəzzada aparılan əməliyyatın gedişatı”.

Chosen
16
50
nocomment.az

10Sources