EN

Çindən avtomobil gətirənlərə xəbərdarlıq – Daşınma ilə deyil, sürülərək gətirilir - VİDEO

Çindən gətirilən avtomobillərin sərhəddən buraxılmama səbəbi məlum olub. 40-45 günə çatıdırılmalı olan Çin avtomobilləri bir neçə müddətdit ki, sərhəddə ləngiyir. Hətta bu səbəbdən bəzi avtomobil gətirən şirkətlər müştərilərinə gecikməyə görə müvəqqəti avtomobillər də təklif edirlər.

İqtisadiyyat.az xəbər verir ki, Çindən Azərbaycana avtomobil gətirən şirkətin rəhbəri Kənan Heydərov deyir ki, problemin səbəbini öyrənmək üçün, nəqliyyat vasitələrinin ilişib qaldığı yerdə, Dağıstanda olublar. Məlum olub ki, avtomobillərin buraxılmamasına səbəb onların sənədlərindəki çatışmazlıqlardır.

Kənan Heydərov "Xəzər Xəbər"ə bildirib ki, bəzi daşıyıcı şirkətlər ucuz başa gəlməsi üçün avtomobilləri Çindən Qazaxıstana idarə edərək keçirirlər. Bu isə daşınma qaydalarına uyğun gəlmədiyindən sənədlər qaydasında olmur.

O, əlavə edib ki, avtomobillərin yenidən yola düşməsi üçün tətbiq olunan cərimə məbləği mütləq ödənilməli və sənədlər qaydasına salınmalıdır. Bunu etmək isə müştərinin, yəni avtomobil sifariş edən şəxsin yox, daşıyıcı şirkətin məsuliyyətidir.

Chosen
42
29
iqtisadiyyat.az

10Sources