EN

Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən turnirdə bürünc medal qazanıb

Qazaxıstanın Atırau şəhərində keçirilən "Oil Capital Cup" turnirində Azərbaycanın sərbəst güləşçisi bürünc medal qazanıb.

"Far.Az" xəbər verir ki, Musa Ağayev (65 kq) 1/4 finalda gürcüstanlı Luka Janeraşviliyə tam üstünlüklə (11:0) qalib gəlsə də, yarımfinalda qazaxıstanlı Mayis Aliyevə (2:13) məğlub olub.

Daha sonra digər qazaxıstanlı güləşçi Bek Jaksilikovu (5:1) üstələyən həmyerlimiz turnirdə bürünc medala sahib çıxıb.

Qeyd edək ki, Kənan Heybətov (70 kq) və Əşrəf Aşırov (79 kq) bu gün mübarizəyə qoşulacaq.

Chosen
31
2
far.az

6Sources