Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin I turuna yekun vurulub.
Apasport.az xəbər verir ki, Portuqaliyanın “Benfika” klubu Serbiyada “Srvena Zvezda”nın qonağı olub. Görüş "qartallar"ın qələbəsi ilə nəticələnib - 2:1.
Son Almaniya çempionu “Bayer” Niderlandda “Feyenoord”la qarşılaşıb. Qonaqlar 4:0 hesablı qalibiyyətə sevinib.
İngiltərə “Arsenal”ı “Atalanta” ilə heç-heçə edibsə, İspaniya “Barselona”sı “Monako”ya uduzub - 1:2.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, I tur
19 sentyabr
20:45 "Srvena Zvezda" (Serbiya) – "Benfika" (Portuqaliya) 1:2
Milson, 86 - Kerem Aktürkoğlu, 9, Orkun Kökçü, 29
20:45 "Feyenoord" (Niderland) – "Bayer" (Almaniya) 0:4
Florian Virtz 5, 36, Alexandro Qrimaldo, 30, Timon Vellenreyter, 44-öz qapısına
23:00 "Atalanta" (İtaliya) – "Arsenal" (İngiltərə) 0:0
23:00 Atletiko (İspaniya) – "Leypsiq" (Almaniya) 2:1
Antuan Qrizmann, 28, Xose Mariya Ximenez, 90 - Benjamin Şeşko, 4
23:00 "Brest" (Fransa) – "Şturm" (Avstriya) 2:1
Uqo Maqnetti, 23, Abdallah Sima, 56 - Edmilson Fernandeş, 45+1-öz qapısına
23:00 "Monako" (Fransa) – "Barselona" (İspaniya) 2:1
Maqnes Aklauçe, 16, Corc İllenixela, 71 - Lamin Yamal, 28
Millətlər Liqasında II tura yekun vuruldu
Samir Əliyev: “Daha dərin problemlər var”
Millətlər Liqası: Türkiyədən inamlı qələbə, Aktürkoğlundan 3 qol - YENİLƏNİB
Millimiz Türkiyəyə məğlub oldu
“Qarabağ”dan növbəti qələbə