EN

Çempionlar Liqası: "Barselona" səfərdən əliboş qayıdır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turuna yekun vurulub.
Oxu.Az xəbər verir ki, ilk turun son oyun günündə altı qarşılaşma baş tutub.
"Barselona" səfərdə "Monako" ilə qarşılaşıb. Matçın artıq 10-cu dəqiqəsində "Barsa" azlıqda qalıb və bunun nəticəsində meydandan məğlub ayrılıb - 2:1.
Həmçinin, "Srvena Zvezda" doğma meydanda "Benfika"ya uduzub - 1:2.
Qonaqların hər iki qolunu Türkiyənin futbolçuları Kerem Aktürkoğlu və Orkun Kökçü vurub.
"Bayer Leverkuzen" isə səfərdə "Feyenoord"un qapısından dörd cavabsız top keçirib. Florian Virtz dublla yadda qalıb.
Günün digər görüşlərində "Atletiko Madrid" "Leypziq"ə son dəqiqə qolu ilə qalib gəlib, "Brest" eyni hesabla "Şturm Qraz"dan üstün olub - 2:1.
"Atalanta" - "Arsenal" matçında isə qapılara qol vurulmayıb - 0:0.
Chosen
62
50
oxu.az

10Sources