“Real"ın futbolçusu Luka Modriç Çempionlar Liqasının tarixinə düşüb.
Sportinfo.az xarici mətbuata istinadən xəbər verir ki, o, buna Liqa mərhələsinin ilk turunda “Ştutqart”la oyunda nail olub.
Belə ki, xorvatiyalı yarımmüdafiəçi 70-ci dəqiqədə meydana daxil olub və 83-cü dəqiqədə isə Antonio Rüdigerə məhsuldar ötürmə edib.
Bununla da Modriç turnirdə assist edən ən yaşlı (39 yaş 8 gün) 3-cü futbolçu olub.
Modriçdən əvvəl ÇL-də məhsuldar ötürmə edən ən yaşlı futbolçular Amedeo Karboni (39 yaş 176 gün) və Rayan Giqqz (39 yaş 363 gün) idi.