EN

Bakıda güclü YANĞIN

Bakının Binəqədi rayonunda güclü yanğın başlayıb.

seher.media-ın məlumatına görə, hadisə rayonun M.Ə.Rəsulzadə qəsəbəsində baş verib.

Fövqəladə Hallar Nazirliyindən seher.media-ın sorğusuna cavab olaraq bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Hadisə yerindən olan görüntüləri təqdim edirik:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
3
seher.media

5Sources