EN

Avropa İttifaqı bu ölkələrə 10 milyard ayırdı

Avropa İttifaqı daşqınlardan zərər çəkmiş Mərkəzi Avropa ölkələrində infrastrukturun bərpası üçün 10 milyard avro ayıracaq.

Teleqraf.comxəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib.

"Birlik Fondundan mümkün qədər tez bir zamanda daşqınlardan zərər çəkmiş ölkələr üçün 10 milyard avro istifadə oluna biləcəyini müzakirə etdik", - Ursula fon der Leyen bildirib.

“Boris” siklonu son günlər Avropaya çatıb və özü ilə birlikdə böyük miqdarda yağış da gətirib. Alp dağlarında yağan yağışlar səbəbindən bir sıra çaylarda, o cümlədən

Dunayda suyun səviyyəsi qalxıb. Daşqınların nəticələrini Avstriya, Macarıstan, Polşa, Rumıniya və Slovakiya sakinləri hiss ediblər. Son məlumatlara görə, təbii fəlakət nəticəsində 22 nəfər ölüb.


Müəllif: Teleqraf.com
Chosen
37
3
teleqraf.com

6Sources