EN

“Barselona” səfərdə “Monako” ilə bacarmadı - ÇL-də gecənin nəticələri

UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turuna yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, ilk turun son oyun günündə altı qarşılaşma baş tutub.

Səfərdə “Atalanta” (İtaliya) ilə qarşılaşan “Arsenal” (İngiltərə) qolsuz heç-heçəyə razılaşıb. “Bayer Leverkuzen” isə “Feyenoord”un qapısında 4 cavabsız qol keçirib.

Digər üç görüşdə isə meydan sahibləri rəqiblərinə 2:1 hesabı ilə qalib gəlib gəliblər.

“Monako” (Fransa) “Barselona”nı (İspaniya), “Atletiko” (Madrid, İspaniya) “Leypsiq”i (Almaniya), “Brest” (Fransa) isə “Şturm”u (Avstriya) üstələyib.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, I tur
19 sentyabr

“Srvena Zvezda” (Serbiya) - “Benfika” (Portuqaliya) 1:2

“Feyenoord” (Niderland) - “Bayer 04” (Almaniya) 0:4

“Atalanta” (İtaliya) - “Arsenal” (İngiltərə) 0:0

“Atletiko” (Madrid, İspaniya) - “Leypsiq” (Almaniya) 2:1

“Monako” (Fransa) - “Barselona” (İspaniya) 2:1

“Brest” (Fransa) - “Şturm” (Avstriya) 2:1

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində II turun oyunları oktyabrın 1-də başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
4
1
qafqazinfo.az

2Sources