EN

Natiq Mehdinin bədəni hissələrə bölünübmüş – MƏHKƏMƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 245 (meyit üzərində təhqiredici hərəkət) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə təqsirli bilinən İslamov Elsevər Eldar oğlunun məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.

“32gun.az”ın məlumatına görə, hakim Elmir Rüstəmov vəkil Nemət Kərimlinin hüquqi varisin nümayəndəsi qismində işə buraxılması barədə qərar qəbul edib. Qeyd edək ki, zərərçəkən Natiq Mehdinin bacısı Yeganə Mehdi ibtidai istintaq vaxtında hüquqi varisi qismində tanınıb. Araşdırma zamanı məlum olub ki, Yeganə Mehdinin ikili vətəndaşlığı var. Belə ki, o, Azərbaycan Respublikasının vətəndaşı olmaqla yanaşı həmçinin Belçika Krallığının nümayəndəsidir. 

Sonra dövlət ittihamçısı Ziya Mansurov ittiham aktını elan edib.

Məlum olub ki, Elsevər İslamov Natiq Mehdinin iş yerində yatmağını ona irad bildirib. Ancaq Natiq Mehdi burada hər hansı qəbahətin olmadığını deyib. Bundan sonra Elsevər İslamov Natiq Mehdini xüsusi amansızlıqla öldürüb, onun alt paltarlarını çıxararaq bədənini hissələrə bölüb, cinsiyyət orqanını kəsərək zibil yeşiyinə atıb. Hissələrə böldüyü bədən üzvlərini sellofan torbalaraq doldurub və Xəzər rayonunda basdırıb. 

Hakimin cinayət hadisəsində özünüzü təqsirli bilirsiz sualına, təqsirləndirilən şəxs Elsevər İslamov “qismən təqsirli bilirəm”- deyə cavab verib. 

Məhkəmə prosesi 3 oktyabr tarixinə kimi təxirə salınıb. 

Cinayət işinin baş verməsinə gəlincə, bu il may ayının 9-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən məktəblərdən birində mühafizəçi işləyən 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə məlumat daxil olub.

14 mayda isə Müsavat Partiyasının fəalı Natiq Mehdinin öz iş yoldaşı tərəfindən qətlə yetirilməsi ilə bağlı rəsmi məlumat yayılıb. Baş Prokurorluq və DİN-in birgə yaydığı məlumata əsasən, onun iş yoldaşı, 1966-cı il təvəllüdlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində öldürməsinə və Xəzər rayonu ərazisində basdırılmasına əsaslı şübhələr müəyyən edilib. Hadisəni törətməkdə şübhəli bilinən Elsevər Eldar oğlu İslamov Xətai rayonunda yerləşən 55 nömrəli məktəbin direktorunun təsərrüfat işləri üzrə müavini (təsərrüfat müdiri) olub.

Chosen
88
7
yerli.media

10Sources