Keçmiş ABŞ lideri, hazırda Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp açıq şəkildə kriptovalyuta ilə alış-veriş edən ilk lider olub.
“Qafqazinfo” xəbər verir ki, sabiq prezidentin görüntülərini “The New York Post” nəşri yayıb.
Belə ki, Nyu-Yorkdakı bir barda hər kəsi burgerə dəvət edən Trampın ödənişi “Bitcoin”lə olub.
“Mən indicə “Bitcoin” ilə ilk əməliyyatımı etdim”, - Tramp deyib.
Bu simvolik jest kriptovalyuta həvəskarlarının toplaşdığı məkan kimi tanınan barın müştərilərini heyran edib.
Görüntüləri təqdim edirik: