EN

Zaxarovadan NATO-ya ittihamlar

“Kollektiv Qərb postsovet məkanını öz təcrübə meydanı hesab edir və bu, Mərkəzi Asiyada da müşahidə olunur”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova IV Avrasiya Qadınlar Forumu çərçivəsində deyib.

“Kollektiv Qərb və NATO sisteminə daxil olan dövlətlər, təəssüf ki, postsovet məkanına öz təcrübələri üçün bir meydan kimi baxırlar. Biz Mərkəzi Asiyadakı tərəfdaşlarımızla və digərləri ilə birlikdə Qərbin dövlət əmlakını məhv etmək səviyyəsinə qədər daxili işlərə qarışmağa başladığı anı qaçırmamaq üçün bu barədə danışırıq” , - Zaxarova qeyd edib.

Rusiya XİN sözçüsü vurğulayıb ki, bu yolla Qərb ölkələri həm postsovet ölkələrinin mədəniyyətini neytrallaşdırmağa, həm də onların resurslarını idarə etmək imkanı əldə etməyə çalışırlar.

Chosen
62
4
qafqazinfo.az

5Sources