EN

“İsrail peycer hücumunu 15 il əvvəldən planlaşdırıb” - KİV

İsrail 15 ildir ki, Livan ərazisində peycerləri partlatmaq üçün əməliyyat planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə ABC telekanalı mənbələrə istinadən məlumat yayıb.

Mənbə İsrailin Livanın müxtəlif ərazilərində partlayan rabitə vasitələrinin istehsalı ilə məşğul olduğunu təsdiqləyiblər:

"Bunun üçün İsrail peycerlərin istehsalı ilə əlaqəli olduğu iddia edilən bir neçə şirkət yaradıb. Üstəlik, bu müəssisələrin bəzi işçiləri əslində kimin üçün işlədiklərini belə bilmirdilər".

ABC qeyd edir ki, bu təşkilatlardan biri Budapeştdə qeydiyyatdan keçmiş "BAC Consulting" idi və müqaviləyə əsasən, o, Tayvanın "Gold Apollo" şirkətinin brendi altında peycerlər istehsal etməli idi. Lakin Macarıstan hökumətinin nümayəndəsi telekanala bildirib ki, bu qurğular Macarıstanda yoxdur, "BAC Consulting" isə sadəcə vasitəçi olub və ölkədə heç nə istehsal etmir.
 

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi bu cür əməliyyatları mülki şəxslər üçün çox təhlükəli hesab edir və buna görə də öz fəaliyyətində bu cür taktikalardan imtina edir.


Qeyd edək ki, sentyabrın 17 və 18-də Livanda rabitə qurğularının partlaması nəticəsində 37 nəfər ölüb, 287 nəfərin vəziyyəti isə ağırdır.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
5
8
bizim.media

10Sources