EN

ABŞ Rusiyanın daha iki bankına sanksiya qoydu

ABŞ Maliyyə Nazirliyi sanksiyalar siyahısını genişləndirərək Cənubi Osetiyada qeydiyyatdan keçmiş “Timer Bank” və “Mejduna”nı (Beynəlxalq Hesablaşma Bankı) da əhatə edib.

Banker.az bu barədə Forbes-ə istinadla xəbər verir.

“Stroytrade” MMC və Rusiya vətəndaşı Dmitri Nikulin də məhdudiyyətlərə məruz qalıb. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, sanksiya siyahısına daxil edilmiş şəxslər “Rusiya və KXDR-ə sanksiyalardan yayınmağa kömək edə bilər”.

“Bugünkü hərəkətlərimiz Rusiya və Şimali Koreyanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozaraq maliyyə əməkdaşlığını dərinləşdirmək səyləri ilə bağlı ciddi narahatlığımızı vurğulayır” – Xəzinədarlıq katibinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini vəzifəsini icra edən Bredli Smit açıqlamasında bildirir.

“Mejduna” 2015-ci ildən bəri Cənubi Osetiya Respublikasının maliyyə xidmətləri bazarında fəaliyyət göstərir.

“Interfax” yazır ki, Moskvadakı baş ofisdən əlavə, onun Ukraynaya məxsus olan və Rusiyanın işğalında olan vilayətlərində filialları və əlavə ofisləri var. Rusiyanın Ukraynada müharibə başlamasından sonra Aİ və Böyük Britaniya “Mejduna” qarşı sanksiyalar tətbiq edib.

RBK bildirir ki, “Timer Bank” öz saytında göstərildiyi kimi, 30 ildən artıqdır ki, Rusiya bazarında fəaliyyət göstərir. İndi “Timer Bank”ın baş ofisi Moskvada, bütün filialları isə Tatarıstanda yerləşir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
20
1
banker.az

10Sources