EN

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Yunanıstan və İsveçrəyə qarşı

Bu gün Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasının IX turun oyunları keçiriləcək.

Fanat.Az xəbər verir ki, bu turda kişilərdən ibarət millimiz Yunanıstanla qarşılaşacaq.

Komanda hazırda 11 xalla 20-ci pillədə qərarlaşıb. Hindistan 16 xalla liderdir. İlk "üçlüy"ü qapayan Özbəkistan və Macarıstanın hərəyə 14 xalı var.

Yığma daha əvvəl Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5), Moldova (3:1) və Qazaxıstanı (3:1) məğlub edib, Hindistan (1:3) ilə Litvaya (1,5:2,5) uduzub, İtaliya ilə (2:2) isə heç-heçəyə razılaşıb.

Qadınlardan ibarət kollektiv isə IX turda İsveçrə ilə üz-üzə gələcək. 11 xal toplayan zərif cinsdən olan zəka sahiblərimiz 20-ci sıradadır. Hindistan, Polşa və Qazaxıstan 14 xala malikdirlər.

Yığma Sloveniya (3:1), Nikaraqua (4:0), Avstraliya (3:1) və Vyetnamdan (2,5:1,5) üstün olub, Argentina, Ukrayna və İtaliya ilə heç-heçə edib - 2:2, Qazaxıstana isə yenilib - 1:3.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
1
3
fanat.az

4Sources