EN

Bu gün Misli Premyer Liqasında Azərbaycan derbisi keçiriləcək

Bu

Bakı, 20 sentyabr, AZƏRTAC

Bu gün futbol üzrə Misli Premyer Liqasında VII tura start veriləcək.

AZƏRTAC xəbər verir ki, açılış matçında yeni mövsümə uğursuz başlayan “Kəpəz” Tovuz şəhər stadionunda “Şamaxı”nı qəbul edəcək. Görüş saat 17:00-da start götürəcək. Qarşılaşmanı Cavid Cəlilov idarə edəcək.

Xalı olmayan Gəncə təmsilçisi sonuncu – 10-cu pillədə qərarlaşıb. “Şamaxı” isə 8 xalla 6-cı sıradadır.

Turun mərkəzi görüşü Suraxanıda baş tutacaq. “Qarabağ” “Azersun Arena”da “Neftçi” ilə üz-üzə gələcək. Azərbaycan derbisi saat 20:00-da başlayacaq. Oyunun baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq.

Rəqiblərindən 1 oyun az keçirən Ağdam klubu hazırda 12 xalla 2-ci, aktivində 4 xalı olan “Neftçi” isə 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər oyunları sentyabrın 21-22-də təşkil olunacaq.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
9
azertag.az

10Sources