EN

Ayın torpağından oksigen çıxara bilən vasitə hazırlandı

"Sierra Space", NASA-nın Johnson Kosmik Mərkəzində Ay torpağından ilk avtomatlaşdırılmış oksigen çıxarma prosesini həyata keçirib.
Ölkə.az Lent.az-a istinadən xəbər verir ki, bu yenilik, NASA-nın Artemis proqramının əsas məqsədlərindən biri olan insanların Ayda uzunmüddətli mövcudluğunu dəstəkləmək üçün oksigenin kütləvi istehsalını hədəfləyir. "Sierra Space"in CEO-su Tom Vice vurğulayıb ki, bu inkişaf, Apollon proqramından fərqli olaraq missiyaya Ayda daimi mövcudluq yaratmağa imkan verəcək.

"Apollo proqramı bizi Aya apardı, Artemis isə orada qalmağımızı təmin edəcək" deyən Vice, bu davamlı gələcəyin yerli təbii resurslardan istifadə edərək oksigen istehsal edə bilən texnologiyaların inkişaf etdirilməsi ilə başladığını bildirib.
Avqust ayında keçirilən sınaqlarda "Sierra Space" oksigen çıxarma sistemləri, 2 həftə ərzində Johnson Kosmik Mərkəzindəki termal vakuum kamerasında simulyasiya edilmiş Ay torpağında çalışdırılıb. Ayın su buzları ilə örtülmüş cənub qütb bölgəsinə bənzər şəraitdə aparılan sınaqlar, karbotermal reduksiya reaksiyası sayəsində reqolitdən oksigeni müvəffəqiyyətlə çıxarılmasını təmin edib.
"Sierra Space"in obyektlərində hazırlanmış bu sistem, Ayda uzunmüddətli insanların məskunlaşması və gələcək kosmos tədqiqi üçün mühüm addım kimi qiymətləndirilir. Şirkətin kosmik infrastruktur komandası, kosmosda genişləndirilə bilən modullar və qida istehsalı sistemləri kimi qabaqcıl texnologiyalar üzərində işləyərək bu infrastrukturu Ayda istifadəyə yararlı bir hala gətirməyi hədəfləyir.
Reaktorun sınaqdan keçirildiyi temperatur diapazonu -45 dərəcə Selsi ilə 1800 dərəcə arasında dəyişib. Həmçinin, sistemin aşındırıcı və kəsici Ay torpağını uğurla emal etməsi tələb olunurdu. Sierra Space-in patentli klapan dizaynı, 10.000-dən çox dövr ərzində öz funksionallığını qoruyaraq saxlaya bilib. Testlər, "Sierra Space"in sisteminin bir robot qolu və ya Ay gəzən vasitə tərəfindən gətirilən reqoliti emal etmək və avtomatik olaraq reaksiyaya otağına daşımaq qabiliyyətinə sahib olduğunu təsdiqləyib. Sistem, daha sonra reqoliti tərkibindəki minerallardan oksigen çıxarmaq üçün karbotermal reduksiya reaksiyası prosesini həyata keçirə bilir və prosesi təkrarlamaq üçün emal olunmuş reqoliti sistemdən çıxara bilir.
"Sierra Space"in inkişaf etdirdiyi bu texnologiya, Ayın təbii resurslarından istifadə edərək Yer kürəsindən gətirilən materiallara olan asılılığı azaltmağı hədəfləyir. Oksigen təkcə nəfəs almaq üçün deyil, həm də raket yanacağı kimi istifadə edilə bilər. Bu, Ayda daimi insan varlığını təmin etməklə yanaşı, Mars kimi uzaq planetlərə ediləcək missiyaların xərcini azaltmaq baxımından böyük əhəmiyyət kəsb edir.

Chosen
21
6
baki.media

7Sources