Bakı. Trend:
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsilimüəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edilib.
Bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən məlumatverilib.
Müsabiqədə iştirak etmək üçün ixtisas seçiminə ümumi balı50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hərbiri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə balməhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.
Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumibalı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiqedilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyətimtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar.
İxtisas seçimi sentyabrın 23-ü saat 23:59-dək internetvasitəsilə aparılır. İxtisas seçimi mərhələsində abituriyentlərqəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını“Abituriyentin elektron ixtisas seçimiərizəsi”nə daxil edib təsdiq etməlidirlər.
İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsilimüəssisələrinin təhsili dövlət büdcəsinin vəsaiti hesabına vəödənişli əsaslarla olan 20-dək ixtisas kodunu qeyd edə bilər.İxtisas kodlarının ardıcıllığını abituriyent özümüəyyənləşdirir.
Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərininsiyahısı “Abituriyent” jurnalının 11-ci buraxılışında dərcolunub.
Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimirayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitabmağazalarından almaq mümkündür.
Jurnalın elektron versiyasını (pdf formatında DİM saytının"Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektronversiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməkləəldə edə bilərsiniz (Xidmətə keçid: https://eservices.dim.gov.az/ejurnal/).
Müsabiqəyə yalnız sentyabrın 20-dən 23-dək elektron ixtisasseçimi ərizələrini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.