Sudanda vəba epidemiyasından ölənlərin sayı 348-ə yüksəlib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Sudan Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirlikdən verilən açıqlamaya görə, vəba epidemiyasından ümumi yoluxma sayı 11 079-a çatıb.
Sudanda iyun ayından bəri davam edən şiddətli yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub. Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib.
Müharibənin davam etdiyi və səhiyyə sisteminin effektiv işləmədiyi ölkədə epidemik xəstəliklərin yayılması insanların həyatını daha da çətinləşdirir.