EN

348 nəfər vəbadanöldü

Sudanda vəba epidemiyasında can itkiləri davam edir.

Medicina.az xəbər verir ki, Sudan Səhiyyə Nazirliyi ölkədəki son vəziyyətlə bağlı açıqlama yayıb.

Açıqlamaya görə, vəba epidemiyasının ölkənin 9 əyalətində yayıldığı və ümumi yoluxma sayının 11 min 79-a yüksəldiyi bildirilib.

Açıqlamada vəba xəstəliyindən həyatını itirənlərin sayının 348-ə çatdığı qeyd edilib.

Sudanda iyun ayından bəri təsirli olan yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub. Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib.

Müharibənin davam etdiyi və səhiyyə sisteminin effektiv işləmədiyi Sudanda epidemik xəstəliklərin yayılması insanların həyatını daha da çətinləşdirir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
10
5
medicina.az

10Sources