EN

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Sabah Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək.

Konstitusiya MÉ™hkÉ™mÉ™sinin MÉ™tbuat XidmÉ™tindÉ™n ÖlkÉ™.az-a verilÉ™n xÉ™bÉ™rÉ™ görÉ™, Milli MÉ™clisÉ™ keçirilmiÅŸ növbÉ™dÉ™nkÉ™nar seçkilÉ™rin nÉ™ticÉ™lÉ™rinÉ™ dair AzÉ™rbaycan Respublikası Konstitusiya MÉ™hkÉ™mÉ™si Plenumunun xüsusi konstitusiya icraatı üzrÉ™ iclası sentyabrın 21-dÉ™ saat 15:00-a tÉ™yin edilib.

Qeyd edək ki, sentyabrın 16-da Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə növbədənkənar seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib.

Seçki Məcəlləsinə əsasən, Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisinə seçkilərin yekunlarının və nəticələrinin yoxlanılaraq təsdiq edilməsi prosesini başa çatdırmalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
34
olke.az

10Sources