EN

Azərbaycan diaspor təşkilatları Niderland Hökumətinin qərəzli mövqeyi ilə bağlı bəyanatlar yayıblar (FOTO)

Bakı. Trend:

13 sentyabr tarixində Niderland Krallığının hökuməti tərəfindənhazırkı səlahiyyət müddəti üçün planlarını özündə əks etdirənproqram ictimaiyyətə təqdim olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, buproqramın artmaqda olan münaqişələri əhatə edən “Beynəlxalqtəhlükəsizlik” bölməsində Azərbaycan ərazilərinin azad edilməsi“Dağlıq Qarabağın ələ keçirilməsi” kimi qeyd olunub.

Niderland Krallığındakı Azərbaycan diaspor təşkilatları bununlabağlı etirazlarını bildiriblər. Niderland-Belçika AzərbaycanlılarıKoordinasiya Şurası, “Ana Vətən” Niderland Azərbaycanlı QadınlarBirliyi, Hollanda Azərbaycan Türk Kültür Dərnəyi, BenelüksAzərbaycanlıları Konqresi, Beynəlxalq Azərbaycanlı Xanımlar Klubu,Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyəti Niderland Hökumətininqərəzli mövqeyi barədə bəyanat yayıblar.

Bəyanatda Azərbaycanın öz torpaqlarını azad etməsinin “DağlıqQarabağın ələ keçirilməsi” kimi göstərilməsinin qəbuledilməz olduğuvə Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün atdığı addımlarıtamamilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həyatakeçirdiyi vurğulanıb.

Bununla yanaşı, Qarabağ bölgəsinin qondarma “Dağlıq Qarabağ”kimi adlandırılması qətiyyətlə rədd edilib. Azərbaycanda “DağlıqQarabağ” adlı inzibati və ya coğrafi vahid olmadığı, habelə hər birdövlət və təşkilatın Azərbaycanın beynəlxalq səviyyədə tanınmışərazilərində Azərbaycan Respublikasının müvafiq orqanlarıtərəfindən standartlaşdırılmış və BMT-nin Coğrafi Adlar üzrəEkspertlər Qrupu çərçivəsində qəbul edilmiş coğrafi adlaraistinadının vacibliyi diqqətə çatdırılıb.

Bəyanatın sonunda diaspor təşkilatları Niderland hökumətiniobyektiv və balanslı yanaşmaya və Azərbaycanla münasibətlərə mənfitəsir edə biləcək bəyanatlardan çəkinməyə çağırıb.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
4
9
az.trend.az

10Sources