EN

Kişi və qadın şahmatçılarımız fərqli rəqiblərlə qarşılaşacaqlar

Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri bu gün Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini keçirəcəklər.

"Operativ Media" xəbər verir ki, 9-cu turda kişilərdən ibarət kollektiv Yunanıstanla üz-üzə gələcək. Komanda hazırda 11 xalla 20-ci pillədə qərarlaşıb. Hindistan 16 xalla liderdir. Özbəkistan və Macarıstanın hərəyə 14 xalı var.

Yığma daha əvvəl Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5), Moldova (3:1) və Qazaxıstanı (3:1) məğlub edib, Hindistan (1:3) ilə Litvaya (1,5:2,5) uduzub, İtaliya ilə (2:2) isə heç-heçəyə razılaşıb.

Qadınlardan ibarət yığma İsveçrənin müqavimətini qırmağa çalışacaq. 11 xal toplayan milli 20-ci sıradadır. Hindistan, Polşa və Qazaxıstan 14 xala malikdirlər.

Yığma Sloveniya (3:1), Nikaraqua (4:0), Avstraliya (3:1) və Vyetnamdan (2,5:1,5) üstün olub, Argentina, Ukrayna və İtaliya ilə heç-heçə edib – 2:2, Qazaxıstana isə yenilib – 1:3.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
2
3
operativmedia.az

4Sources