EN

“Qəbələ”nin 900-cü qolu

style='margin-bottom:10px;'>

“Qəbələ” tarixində 900-cü qolu vurub.

QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu, I Liqanın II turuna təsadüf edib.

“Qırmızı-qaralar” “Qaradağ Lökbatan”la səfərdə keçirilən matça qədər bütün turnirlərdə ümumilikdə 895 qol vurub. Bu görüşdəki 5-ci top klub tarixində 900-cü olub. Yubiley qoluna penaltini dəqiq yerinə yetirən Abdullahi Şuaybu imza atıb.

900 qoldan 643-ü Premyer Liqa, 138-i ölkə kuboku, 77-si I Liqa, 42-si avrokuboklarda vurulub.

Şuaybunun vurduğu top həm də səfər matçlarında 400-cü olub. “Qırmızı-qaralar” Premyer Liqada 301, ölkə kubokunda 53, I Liqada 31, avrokuboklarda 15 dəfə meydan sahiblərinin qapısına yol tapıb.

Qeyd edək ki, “Qəbələ”nin tarixində ilk qol 2005-ci il sentyabrın 21-də vurulub. I Liqada debüt mövsümünün ilk turunun “Şərur”la ev görüşündə 8:0 hesabı ilə qalib gələn komandamızın ilk topuna avtoqol müəllifi olan rəqib oyunçu İlqar İbrahimov imza atıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
2
16
teleqraf.com

10Sources