EN

Döyüldüyünə görə Uşaq evindən qaçan yeniyetmə başqa müəssisəyə YERLƏŞDİRİLDİ – VİDEO

Xətai rayonunda yerləşən 3 saylı Uşaq evində baş verən növbəti qalmaqal aktuallaşıb. Uşaq evinin sakini 13 yaşlı Ramal Rəsulov internatdan qaçıb.

Bu barədə yeniyetmə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişininə müraciətində deyib.

Onun sözlərinə görə uşaq evində döyüldüyü, təhqir edildiyi üçün qaçıb və 8 gündür ki, küçədə qalır.
 

MÖVZU İLƏ BAĞLI:

3 saylı Uşaq evində DƏHŞƏT – Yara tökən 6 yaşlı Nuran niyə həkimə APARILMIR? - VİDEO


“Mən orada qalmaq istəmirəm. Bizi orada asılqanla, bərk əşyalarla döyürlər. Bizi cəzalandırmağı uşaq evinin digər sakinlərinə tapşırırlar. Məsələn, orada Elvin adlı oğlan var. Müəllimə döydürmək istədiyi uşaqları ona təhvil verir. Deyir, Elvin, get filankəsin ayağını sındır. O da icra edir. İlahə müəllimə 3 uşağı ikinci mərtəbənin pəncərəsindən atırdı.

Müəllimələr anamızı söyürdülər. Tərbiyəsiz şeylər göstərirdilər. Bizi dəhlizdə və ayaqyolunda döyürlər. Çünki orada kamera yoxdur. Bizə verdikləri ətin içindən qurd çıxı.  Bura tək özüm üçün deyil, oradakı bütün uşaqlar üçün sizə müraciət edirəm” , - deyə yeniyetmə yenidən həmin uşaq evinə qayıtmamaq üçün ağlayıb. 

Xətai rayonu 3 saylı Uşaq evində baş verən növbəti qalmaqal  ictimaiyyətdə ciddi rezonans doğurub. 

Məsələ ilə bağlı Sosial xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov Bizim.Media-ya açıqlamasında deyib ki, 3 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakini Ramal Rəsulov artıq Sosial Xidmətlər Agentliyinin digər müəssisəsinə yerləşdirilib. 

Hazırda Agentlik tərəfindən azyaşlının iddiaları əsasında araşdırma aparılır.

Qeyd edək ki, 3 saylı uşaq evi ilə bağlı bundan əvvəl də videoşikayət yayılıb. Görüntülərdə müəssisədə qalan yeniyetmələrdən biri iddia edib ki, orada uşaqlar normal qidalanmır, onlara quru çörək verirlər. Ötən il həmin uşaq evindən başqa bir yeniyetmə çok faktları açıqlamışdı. 
 

Bundan əlavə sözügedən Uşaq evi ilə bağlı 2022-ci ildə başqa bir dəhşətli faktın üstü açılmışdı. Bu səbəbdən ötən il tez-tez adı qalmaqallarda çəkilən 3 saylı Uşaq evinin dirüktoru vəzifəsindən azad edilmiş, yerinə başqa bir təyinat olmuşdu. 


Görünür Uşaq evinin müəllim heyətində də ciddi dəyişikliyə və yoxlamalara ehtiyac var. 


Alçina Amilqızı, Bizim.Media

Chosen
10
2
bizim.media

3Sources