EN

“İmarət” stadionu 11 min 700 nəfərlik tamaşaçı tutumuna malik olacaq

“İmarət” stadionunun UEFA-nın 4-cü kateqoriya tələblərinə uyğun inşa edilməsi nəzərdə tutulub. 

 

Bunu Modern.az-a açıqlamasında Gənclər və İdman Nazirliyin maddi texniki təchizat şöbəsinin müdiri Elmir Mehdiyev bildirib.

 

Onun sözlərinə görə, 11 min 700 nəfərlik tamaşaçı tutumuna malik stadionun oyun meydançası təbii ot örtüyünə malik olacaq.

 

"Stadionda UEFA tələblərinə uyğun VVIP, VIP lounge, konfrans zalı, iclas otaqları, hakim otaqları, komandalar üçün soyunma-geyinmə sahələri, media otaqları, muzey, şərhçi otaqları və digər inzibati, köməkçi sahələr olacaq. Stadionun ərazisində əlavə məşq meydançası, qaçış zolağı, avtodayanacaqlar, nəzarət-buraxılış məntəqələri, texniki bina və qurğular inşa ediləcək".

 

Şəhər əhalisinin ərazisindən park, əyləncə zonası kimi də istifadə edə biləcəyi stadionda fitnes zalı, kafe, restoran, idman malları mağazaları və digər ictimai xidmət sahələrinin yaradılması nəzərdə tutulur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
20
33
modern.az

10Sources