Azərbaycan Basketbol Liqasının yeni mövsümünə hazırlaşan NTD Qalen Smitlə müqaviləni uzadıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı basketbolçu daha 1 il komandanın uğurları üçün çalışacaq.

Qeyd edək ki, Smit ötən mövsümün ortasında Gürcüstanın “Kafkasiya” klubundan Bakı təmsilçisinin heyətinə qoşulub.