EN

Bu ölkədə vəbadan ölənlərin sayı 348-ə yüksəlib

Sudanda vəba epidemiyası nəticəsində ölənlərin sayı 348-ə yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Sudan Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən açıqlamada vəba epidemiyasının ölkənin 9 əyalətində yayıldığı və ümumi yoluxma sayının 11 min 79-a yüksəldiyi bildirilib.

Qeyd edək ki, Sudanda iyun ayından bəri təsirli olan yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub. Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
8
8
iqtisadiyyat.az

10Sources