EN

Çindən Orta Dəhlizlə  300-ə yaxın konteyner blok -qatarının göndərilməsi planlaşdırılır

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Çindən yüklərin daşınmasına dair razılıq əldə olunub. Bu ilin sonuna kimi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə Çindən 300-ə yaxın konteyner blok -qatarının göndərilməsi planlaşdırılır.

Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov Bakıda “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının yaradılması ilə bağlı dəmir yolu administrasiyaları rəhbərlərinin məşvərət iclasında deyib.

Onun sözlərinə görə, bu ilin 8 ayı ərzində Çindən Orta Dəhliz üzrə 212 blok- qatarı göndərilib: “Bu, 420 min ton yük deməkdir, lakin bu marşrutun potensialı daha böyükdür”.

Bu ilin martında Çinin Sian limanından ilk konteyner qatarı cəmi 11 günə Bakıya gəlib. Çindən Azərbaycana blok qatarlar orta hesabla 8-10 günə, Gürcüstan limanlarına isə 12 günə çatdırılır. Bu il Çindən Orta Dəhliz üzrə təxminən 300 konteyner bloklu qatarın göndərilməsi planlaşdırılır ki, bu da təxminən 30 min TEU və ya 420 min tona qədər yükə bərabərdir.

Almaz Həsənli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
3
oxumeni.az

10Sources